“ABŞ TANAP layihəsinin başa çatmasından məmnundur” – Vilyam Gil

    6

    "ABŞ TANAP layihəsinin başa çatmasından məmnundur və bu layihənin işə düşməsini dəstəkləyir".

    Hurriyyet.org xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil deyib.

    V. Gil qeyd edib ki, ABŞ əvvəldən Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir: "TANAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. Ötən həftə Səngəçalda Cənub Qaz Dəhlizi layihəsinin açılış mərasimində də iştirak etdim. Mərasimdə prezident İlham Əliyev çıxışında ABŞ-ın bu layihəyə verdiyi güclü siyasi dəstəyi, Beynəlxalq Maliyyə Fondalarının dəstəyinin vacib olduğunu deyib".