“ABŞ Kiprdə hərbi mövcudluğunu gücləndirsə, məcbur olacağıq ki…” – ZAXAROVA

    21

    ABŞ Kiprdə hərbi mövcudluğunu gücləndirsə, Rusiya cavab tədbirləri görməyə məcbur olacaq.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

    Onun sözlərinə görə, müxtəlif mənbələrdən Vaşinqtonun Kiprdə hərbi obyektlər üçün ərazilərin təftişini keçirdiyi barədə məlumatlar əldə olunub:

    "Adada hərbi mövcudluğun artırılması və bölgənin ABŞ və NATO planlarına daha çox cəlb olunması Kipr üçün təhlükəli ola bilər".