“ABŞ-KXDR sammiti böyük bir hadisənin başlanğıcı olacaq” – TRAMP

    3

    "Sinqapurda KXDR ilə görüş, ümid edirəm ki, nəsə böyük bir hadisənin başlanğıcı olacaq".

    Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

    Qeyd edək ki, D.Tramp iyunun 1-də Kim Çen Inla görüşün iyunun 12-də Sinqapurda keçiriləcəyini təsdiqləyib. Eyni zamanda o, bu danışıqlar zamanı hər hansı sənədin imzalanmasını istisna edib.