Qulini iki nəfər öldürüb: Onlar belə tutuldu – Video

180

Xəbər verdiyimiz kimi, azərbaycanlı “Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

Axar.az Hit.az-a istinadən xəbər verir ki, Nadir Səlifovu öldürüb qaçan iki şübhəli Dənizlidə tutulub.

Türkiyə polisinin açıqlamasına görə, Nadir Səlifova sui-qəsd edənlər 26 yaşlı Amır Hamidli (Əmir Həmidli) və 25 yaşlı Khayn Zeyralovdur (Xan Zeyralov).

Azərbaycan əsilli iki şübhəli geniş təhlükəsizlik tədbirləri altında xəstəxanda müayinə keçdikdən sonra Antalya Məhkəməsinə gətiriliblər.