Qüdsdə ABŞ səfirliyi açıldı – CANLI YAYIM

    12

    Qüdsdə yüzlərlə qonağın iştirakı ilə ABŞ-ın İsraildəki səfirliyinin açılış mərasimi başlayıb.

    Hurriyyet.org xəbər verir ki, ABŞ dövlət başçısı Donald Tramp açılışda iştirak etməsə də, video görüntü ilə təbriklərini çatdırıb.

    Onun sözlərinə görə, ABŞ-ın diplomatik missiyasının Qüdsə köçürülməsi onun yəhudi dövlətinin paytaxtı olduğunu bildirəcək.

    Mərasimdə prezidenti qızı İvanka Tramp, kürəkəni Cared Kuşner, ABŞ-ın naliyyə naziri Stiven Mnuçin və dövlət katibinin köməkçisi Con Sullivan, həmçinin İsrailin baş naziri və prezidenti iştirak edirlər.

    Qeyd edək ki, səfirliyin açılışı fələstinlilərlə İsrail polisinin toqquşmaları ilə müşayiət olunur. Artıq toqquşmalarda 37 fələstinli həlak olub, 1700-dən artıq insan yaralanıb.

    Xatırladaq ki, ABŞ prezidenti 2017-ci il dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını bəyan etmiş və səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə təlimat verdiyini açıqlamışdı./publika.az/

    /