Qubada xalça oğrusu saxlanıldı – FOTOLAR

    18

    ​DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Xəyyam Muradov olduğu məlum olub. Törətdiyi cinayət əməlini etiraf edən saxlanılan şəxs yaşayış olmayan həmin evə qapını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan 3 ədəd xalça və qab-qacaq dəstlərini oğurladığını, hər birinin dəyəri təxminən 1000-1200 AZN təşkil edən xalçalardan ikisini ucuz qiymətə satdığını bildirib.

    Xalçalardan biri maddi sübut kimi polis əməkdaşları tərəfindən ondan götürülüb.

    Faktla bağlı araşdırma aparılır.