Qubada iki maşın toqquşdu – Yaralananlar var – FOTOLAR

    30

    Bu gün səhər saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, "Chevrolet" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.