Qubada BƏDBƏXT HADİSƏ: dəryazla ayağını kəsən qadın öldü

    3

    Quba rayonunda bədbəxt hadisə baş verib.

    Hurriyyet.org xəbər verir ki, rayonun Zərdabi kənd sakini, 1952-ci il təvəllüdlü Abdullayev Gülcahan Əhmədağa qızı ayağını dəryazla kəsib. Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır./apa/