Qubada xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət edilir

222

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.

Belə ki, RPŞ-nin əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri çatdırır, yaşayış yerlərini tərk edən zaman isə mütləq qaydada tibbi maskalardan istifadə etmələri barədə məlumat verirlər.