Qubada narkotik becərən şəxs tutuldu – FOTO

96

Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən gecə saatlarında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Fariz Babaxanov saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 150 santimetrə qədər olan 21 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı F.Babaxanov həmin kolları şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.