Uzun illər Daxili İşlər Nazirliyinin Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisinin rəisi işləyən Alim Şadıyev yeni növ koronavirus infeksiyasından vəfat edib.
Hurriyyet.org-un sfera.az-a istinadla məlumatına görə, mərhum bu vəzifədə 18 il işləyib.A. Şadiyev əmək fəaliyyətinə Dağıstanın Mahaçqala şəhərində polis orqanlarında işləməklə başlayıb.
1990-cı ildə Quba Rayon Poliss Şöbəsində inspektor, 1991-ci ildən 2009-cu ilədək Quba DYP bölmə rəisi vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!