Qubada iki avtomobil toqquşdu…

51

Quba rayonunda yol qəzası baş verib. Hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 99-VP-470 dövlət nömrə nişanlı “Hyundai” markalı minik avtomobili yolun kənarında dayanan 99-RS-520 dövlət nömrə nişanlı “Ford” markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.