Quba sakini özünə bıçaqla xəsarət yetirib

90

Quba rayon sakini intihara cəhd edib.

Məlumata görə, hadisə Mirzəqışlaq kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Nazif Muradov ailə münaqişəsi zəminində özünə bıçaqla xəsarət yetirib. Yaralı Quba Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.Hurriyyet.org