QƏTƏRDƏN TARİXİ QƏRAR: 57 ildən sonra OPEC-i tərk edir

    24

    Hurriyyet.org xəbər verir ki, Qətər dövləti 2019-cu ilin yanvarında artıq 57 il üzvü olduğu OPEC (Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC – ingilis dilində The Organization of the Petroleum Exporting Countries) təşkilatını tərk edəcəyi qərarını bu gün bildirib.

    Qətərin enerji naziri Saad Əl-Kaabinin verdiyi açıqlamada deyilir: “2019-cu ilin yanvarından etibarən OPEC təşkilatını tərk edəcəyik. Qərarımızı OPEC təşkilatına bu səhər bildirmişik. OPEC üzvü olmayan bütün ölkələr kimi üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə davam edəcəyik”.

    Əl-Kaabi Qətərin təşkilatdan çıxmasının OPEC-in neft isteksalı ilə bağlı qərarlarına cüzi təsiri olduğunu bildirərək, “57 il üzvü olduğumuz OPEC-i tərk eləmək asan deyil” sözlərini söyləyib.

    Qeyd edək ki, OPEC neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilatdır. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir.

    Hurriyyet.org