Qriqol Vaşadze də səs verdi: “Dövlətçiliyi saxlamaq üçün hər şey edən insanlar seçkilərə gedəcək və…”

    15

    Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının prezidentliyə namizədi Qriqol Vaşadze səsvermədə iştirak edib.

    O, Kutaisi şəhərində səs verib.

    Q.Vaşadze jurnalistlərə Gürcüstan vətəndaşlarının prezident seçkilərinin ikinci turunda düzgün seçim edəcəklərinə ümid etdiyini deyib: “İnanıram ki, 1990-cı ildən etibarən demokratiyanı dişləri ilə qoruyub saxlayan, dövlətçiliyi saxlamaq üçün hər şey edən insanlar seçkilərə gedəcək və doğru seçim edəcəklər. Gürcüstanın mənasız, düşünülməmiş və boş mövcudluğuna artıq vaxt yoxdur”./report/