Qriplə koronavirusun 3 fərqi – Azərbaycanlı həkim AÇIQLADI

57

Qriplə koronavirus nə qədər oxşar olsa da, ikisi də virus infeksiyası sayılsa da bir çox fərqli əlamətlər var.

Həkim infeksionist Vüsalə Yaşar əsas fərqləri açıqlayıb.

“Qripdə biz necə oluruq? Tez-tez asqırırıq, burun, göz sulanır, axır. Yəni xəstənin selikli qişaları quru olmur. Koronavirusda heç bir burun axma, sulanma olmur. Belə deyək, quru keçir. Burun tutulsa da quru olur.

Qripdə hamilələr və uşaqlar xüsusi risk qrupuna daxil edilir.

Amma koviddə təcrübə göstərdi ki, hamilə və uşaqlar koronaviorusu elə də ciddi ağır keçirmir və xəstə itkisi olmur.

Qripdə burun nə qədər tutulsa da, qoxubilmə tam itmir, itsə də tez bərpa olur. Koronavirusda isə dad və qoxubulmə tam itir və sağaldıqdan sonra da gec bərpa ola bilir.

Xəstələr özlərində qrip və ya koronavirusu ayırd etməyə çalışmadan istənilən simptomu hiss edən kimi sahə həkiminə məlumat versinlər”. /Medicina.az