QƏRBİ “ÇARƏSİZ QOYACAQ” 6 ƏDƏD RUSİYA SİLAHI

    27

    Hurriyyet.org xəbər verir ki, Rusiyanın müdafiə nazirinin müavini Yuri Borisov Rusiya ordusunun əlində Qərb ölkələrinin heç bir şəkildə qarşılıq verə bilməyəcəyi 6 silahı olduğunu söyləyib.

    Yuri Borisov Rusiyanın hərbi sənaye jurnalı olan “Voenno-promışlenniy Kuryer” jurnalına açıqlamasında Rusiyanın “Qərbi əlacsız vəziyyətdə qoyacaq və heç bir şəkildə qarşısına çıxa bilməyəcəkləri silahlara sahib olduğunu” bildirib.

    Borisov, Rusiyanın qarşısıalınmaz ən güclü silahları arasında Sarmat qitələrarası raketi, T-50 (PAK FA) hərbi təyyarəsi, T-14 Armata tankı, S-500 və Nudol raket müdafiəsi sistemi ilə yanaşı, peyklərin işini dayandıra biləcək bir silah olan radioelektronik siqnal pozucusu Tirada-2S sisteminin adını çəkib.

    “2027-ci ildə bütün silahlar yenilənmiş olacaq”

    Borisov, Rusiya ordusunun çox güçlü silahlarla silahlandırmağa davam elədiyini, 2027-ci ildə ordudakı bütün silahları yeniləməyin planlaşdırıldığını vurğulayıb.

    Borisovun sözlərinə görə, inkişaf eləmiş təchizat faizi Strateji Raket Qüvvələrində 79, Hava Qüvvələrində isə 67 faizə çatıb.

    Rusiya prezidenti Vladimir Putin martın 1-də Federal Məclis qarşısındakı çıxışında Rusiyanın yeni silahlarından bəhs eləmişdi. Putinin sadaladığı silahlar arasında “Avangard” hipersonik qitələrarası raket sistemi də var idi. “Avangard” raket sistemləri ballistik raket vasitəsilə kosmosa atıldıqdan sonra atmosferin qalın təbəqələrində 20 max sürətlə (Bir max havada səsin sürətinə bərabərdir, dəniz səviyyəsində, 1 atm təzyiqində və 15 dərəcə Selsidə 1 Max = 1226,5 km/saat (340 metr/saniyə). Yerdə səs sürəti səmadakına nisbətən daha yüksək dəyərdədir. Yerdən yüksəldikcə havanın temperaturu aşağı düşür – red.) minlərlə kilometr uçaraq, qitələrarası məsafələri sürətlə qət edə bilir. Avangard raketləri qarşı tərəfin hava və raket müdafiəsi sistemlərinin proqnozlaşdıra bilmədiyi trayektoriya ilə manevr edə bilmək qabiliyyətinə malikdir.

    Hurriyyet.org