QƏRAR VERİLDİ! BALANS ALT-ÜST OLACAQ – Aİ-dən ABŞ-a ticari cavab həmləsi

    9

    Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı Komissiyası həftəlik iclasında ABŞ-ın idxal polad və alüminiuma əlavə gömrük vergiləri tətbiq eləməyə başlamasının müqabilində iyul ayında cavab addımları atmağı nəzərdə tutan qərarı təsdiqləyib. İclasda gömrük vergisinin tətbiq olunması planlaşdırılan ABŞ məhsulları siyahısı qəbul edilib. Qurumun açıqlamasında bildirilir ki, məsələ ilə bağlı hüquqi proseduralar iyun ayının sonuna qədər tamamlanacaq və ABŞ-a qarşı əlavə gömrük vergiləri iyul ayından qüvvəyə minəcək.

    Açıqlamada “balansı bərabərləşdirəcək” gömrük vergilərinin Ümumdünya Ticarət Təşkilatının qanunlarına tamamilə uyğun olduğu, Avropa İttifaqının ilkin mərhələdə ABŞ məhsullarına 2,8 milyard avroluq gömrük vergisi tətbiq edəcəyi, 3,6 milyard avroluq ikinci mərhələ ilə bağlı qərarın yaxın gələcəkdə qəbul ediləcəyi, Avropanın polad sektorunu qorumaq üçün tədbirlər görməyə davam edəcəyi bildirilir.

    Bəlli olduğu kimi, martın 9-da ABŞ prezidenti Donald Tramp ölkəyə idxal edilən polad və alüminiuma müvafiq şəkildə 25 və 10 faiz gömrük vergisi tətbiq ediləcəyini açıqlamışdı. Kanada və Meksika, Aİ, Avstraliya, Argentina, Braziliya və Cənubi Koreya iyunun 1-nə qədər həmin gömrük rüsumundan müvəqqəti azad edildi. Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarını gömrük vergisindən azad eləmək çağırışı eləsə də, müzakirələr nəticəsiz qalıb.

    Aİ ABŞ-ın idxal polad və alüminiuma qarşı əlavə gömrük vergilərinə qarşı 25 faiz gömrük vergisi tətbiq eləməyi planlaşdırdığı 10 səhifəlik məhsul siyahısı hazırlayıb.

    Avropa İttifaqı bu siyahı ilə ABŞ-ı qərarından vaz keçməyə məcbur eləməyə çalışır. Həmin siyahıya qarğıdalı, düyü, portağal suyu, qaragilə, viski, siqaret, tütün, cins, fıstıq əzəsi, ayaqqabı, əlcək, motosiklet, qayıq, pomada, yaxta kimi yüzlərlə məhsul daxil edilib.

    Hurriyyet.org