QƏRAR VERİLDİ! – Ərəblər Amerikaya qarşı mübarizəyə başladılar

    6

    Ərəb tayfaları ayağa qalxdı

    Hurriyyet.org xəbər verir ki, Suriyada ABŞ-ın dəstəklədiyi PYD/PKK terror təşkilatının işğalı altında olan ərazilərdə təşkilatın zülmünə qarşı üsyan davam edir.

    Rakkada başlanan PYD-yə qarşı etirazların ardından Hələbin şərqində yerləşən Deyr Haferdə toplaşan ərəb tayfaları nümayəndələrinin ABŞ ilə mübarizə eləməyi qərara aldıqları bildirilib.

    “Press TV”-nin verdiyi xəbərə görə, 70 nəfərdən artıq tayfa liderinin keçirdiyi görüşdən sonra yayılan açıqlamada bildirilib: “Bu gün burada ABŞ ilə müttəfiqlərini ölkəmizdən qovmaqda qətiyyətimizi göstərmək üçün toplanmışıq. İşğalçılarla mübarizə aparacağıq”.

    Digər tərəfdən, Deyr Haferdəki yığıncaqdan sonra Rakkada, PYD-yə qarşı etiraz aksiyalarında ilk dəfə Vaşinqton hökuməti hədəfə alınıb.

    “Damascus Now” bildirir ki, Əl Mənsurə məscidi qarşısında toplaşan etirazçılar “Amerikaya ölüm” şüarını səsləndiriblər. Pentaqonun əlaltısı olan PYD dərhal nümayişçilərə hücum edib, onlarla insan həbs edilib.

    Hurriyyet.org