Qoyun oğruları tutuldu

    9

    Ucarda Qoyun oğruları saxlanılıb.

    Hurriyyet.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 4-də Ucar Rayon Polis Şöbəsinə müraciət edən Yuxarı Çiyni kənd sakini Elnur Kərimov aprelin 13-nə keçən gecə yardımçı təsərrüfatından 1 baş qoyununun oğurlandığını bildirib.

    Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Emin Ələkbərov və Rembo Abbaslı olduqları müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların mart ayında rayon sakini Hilal İbrahimovun yardımçı təsərrüfatından 8 qoyun, aprel ayında isə Susən Məmmədovanın və Xatirə Məmmədovanın ümumilikdə 2 inəyini oğurlamaları da müəyyən edilib.

    Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 28-nə keçən gecə Dələli kənd sakini Alov İbrahimovun həyətindəki tövlədən 26 qoyun oğurlamaqda şübhəli bilinən kənd sakini Valid Qürbətov və Masallı rayon sakini Ağa Əzizov saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar aparılır.