QORXUNC HƏQİQƏT ORTAYA ÇIXDI! – “ABŞ, İngiltərə və Fransa qətliam törədiblər!”

    9

    Hurriyyet.org xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, Amerikanın rəhbəri olduğu koalisiya qüvvələri İŞİD-i terror təşkilatının qondarma paytaxtı Rakkadan çıxarılması əməliyyatı zamanı yüzlərlə dinc vətəndaşın ölümünə və böyük dağıntılara səbəb olub.

    Təşkilatın nümayəndəsi Donatella Rovera deyib: “Hücumlar zamanı çox sayda dinc vətəndaş qətlə yetirilibsə, müəyyən addımlar aşkar şəkildə yanlış atılıb və bu da faciəni daha da ağırlaşdırır. Hadisələr aylar sonra da araşdırılmayıb. Qurbanlar ədalətə layiqdirlər”.

    Beynəlxalq Amnistiya Təşkilatının İngiltərə bölməsinin direktoru Keyt Allen koalisiyanın Rakka əməliyyatlarının onlarla, yüzlərlə, minlərlə dinc sakinin ölümünə səbəb olduğunu, İngiltərənin bu qətliamdakı rolunu meydana çıxarmasının lazım olduğunu söyləyib: “İngiltərə bu qətliamdakı rolunu etriaf eləməldir. Rakka əhalisi İŞİD-in əlində amansız zülmə məruz qalıb, lakin koalisiyanın düzgün hesablanmayan, sayı 200-dən artıq olan hava hücumları nəticəsində onların həyatları təhlükəyə məruz qalıb.” Allen ölkənin Müdafiə Nazirliyini “Rakka hücumları barəsində doğru məlumatları yaymağa” çağırıb.

    Açıqlamadan sonra koalisiyanın mətbuat katibi, ABŞ ordusu polkovniki Şon Rayan Allenə “İngiltərənin rahatlığını pozmaq lazım deyil” deyib və “hər hansı bir qanun, norma və ya bəşəri dəyərlərə uymayan düşmənlə necə döyüşdüklərini” görməsi üçün onu Suriyaya dəvət edib.

    Hurriyyet.org