Qorxmaz Abbasov koronavirusdan vəfat etdi

246
Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan dünyasını dəyişib.
Q Abbasov bir həftəyə yaxındır ki, koronavirusa yoluxubmuş.
Davam edən müalicə prosedurlarından sonra rəis bu gün səhər saatlarında vəfat edib.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı saytımıza təsdiqləyib. Bildirib ki, Q. Abbasovun yaşı 65-də çox olduğu üçün Nazirlər Kabinetinin qərarına uyğun olaraq məzuniyyətdə imiş. /qafqazinfo/