Qorbaçov Corc Buşun dəfn mərasiminə qatılmayacaq

    15

    SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov eks-prezident Ata Corc Buşun dəfn mərasiminə qatılmaqdan imtina edib.

    Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Qorbaçovun adını daşıyan fond bu açıqlamanı verib.

    Amma onun nə üçün dəfn mərasiminə qatılmayacağı məlum deyil.