Qonşusunu həyat yoldaşının yanında görüb… – DƏHŞƏTLİ QƏTL – TƏFƏRRÜAT

    15

    İsmayıllı rayonunda güllələnərək öldürülən qadının həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olub.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Kürdmaşı kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı həyat yoldaşı Cəfərov Elçin Kamil oğlu tərəfindən öldürülüb.

    Elçin Cəfərov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Məlumata görə, qətl hadisəsi namus üstündə baş verib. Gecə saatlarında evinə gələn E. Cəfərov həmkəndlisi, 1988-ci il təvəllüdlü Həsənov Məhəmmədıli Ağalar oğlunu evində, həyat yoldaşının yanında görüb. E. Cəfərov M. Həsənovu döyərək ona bədən xəsarətləri yetirib.

    Bundan sonra isə həyat yoldaşını güllə ilə vuraraq öldürüb.

    Ağır kəllə-beyin travması alan M. Həsənov İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.