Qonşusu tərəfindən bıçaqlanan Salyan sakini xəstəxanada dünyasını dəyişdi

36

Srağagün Salyan rayonunun Boranıkənd kəndində bıçaqlanmış şəxs xəstəxanada dünyasını dəyişib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 1993-ci ildə anadan olmuş Hilal Hüseynova qonşuluqda yaşayan 41 yaşlı Rəşad Əhmədov 7 müxləif dərəcəli bıçaq xəsarəti yetirdiyindən yerləşdirilidiyi Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində dünən səhərə yaxın dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin ruhi-əsəb xəstəsi olduğu deyilir.

Onu da qeyd edək ki, həmin şəxslər arasında əvvəllər heç bir münaqişə olmayıb, hadisə R.Əhmədovun xəstəliyinin qəfil ağırlaşması səbəbindən törədilib.

Faktla bağlı araşdırma aparılır.