Qondarma rejimin “müdafiə naziri” işdən azad olundu

    12

    Qondarma Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” general-leytenant Karen Abramyan vəzifəsindən azad olunub.

    Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun yerinə bu posta “Baş Qərargah rəisi” Cəlal Arutunyan təyin olunub.

    Kadr dəyişikliyi Qarabağdakı erməni hərbçiləri arasında itkilərin artması ilə əlaqələndirilir.