Qondarma rejimin “xarici işlər nazirliyi”nin “Facebook” səhifəsi təsdiqləndi – Etiraz

57

Dağlıq Qarabağdakı qondarma rejimin “xarici işlər nazirliyi”nin “Facebook” səhifəsi rəsmi olaraq, təsdiqlənib. 

Hurriyyet.org bildirir ki, bu haqda məlumatı “qhtxeber.az” saytının baş redaktoru Sənan Nəcəfov verib. O bildirib ki, bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq informasiya təxribatıdır:
“Bu təxribata qətiyyən göz yummamalıyıq və etiraz səsimizi sosial şəbəkənin administrasiyasına çatdırmalıyıq. Əmin olun ki, əgər şikayətimiz kütləvi xarakter alsa, səhifə tezliklə bağlanacaq. Şikayət etmək üçün səhifənin (keçid – https://www.facebook.com/mfankr) “Find support or report Page” pəncərəsindən “Scams and Fake Page” əmrini seçmək, daha sonra isə aşağıda açılan “Fake Page” və “Next” butonlarını klikləmək lazımdır. Yeni açılan pəncərədə “Done” butonunu klikləməklə şikayətinizi yekunlaşdırmış hesab olunursunuz”.