“Qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizə Türkiyə və Azərbaycan üçün prioritet məsələ olmalıdır” – İRƏVAN AZADLIQ TƏŞKİLATI

39

Uzun illərdir ki, ermənilər tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirməklə, ondan siyasi məqsədlər üçün istifadə edirlər. Əsası 1965 ci ildən başlayan “erməni soyqrımı” anlayışı əslində sifariş xarakterli bəzi dünya dövlətlərinin yürütdüyü ikiüzlü siyasətdən başqa bir şey deyildir. Belə ki, 1915 ci il Osmanlı dövlətində baş vermiş bəzi hadisələri daha dəqiq desək, birinci dünya müharibəsi gedişatında vətəndaşı olduqları dövlətlərinə xəyanət edərək o zamankı Antanta ittifaq dövlətlərinə satqınlıq edən və onların bir başa dəstəyi ilə silahlanan əksər ermənilər şərqi Anadolu və Kilikiya bölgələrində yerli müsəlman türk, kürd və digər xalqlara divan tuturlar. Minlərlə günahsız insanları qətlə yetirən erməni quldur dəstələrinin əsas məqsədləri isə Osmanlı dövlətinin varlığına son qoymaqda işğalçı dövlətlərə yardım etmək və bu bölgədə “Böyük Ermənistan”adlı dövlət qurmaq idi.

Hurriyyet.org xəbər verir ki, bu barədə İrəvan Azadlıq Təşkilatının bəyanatından qeyd olunur.

İAT qeyd edir ki, milli qırğının qarşısını almaq və dövlətə xəyanət etmiş vətəndaşlarını sakitləşdirmək məqsədilə 27 may 1915 ci il tarixində Osmanlı dövləti ermənilərin bir hissəsini ölkənin şərqindən cənub vilayətlərinə (bu günki Livan, Suriya, İraq) köçürməyə qərar verir. Ermənilərin bu və ya digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımın baş vermədiyi isə tarixi sənədlərlə sübut olunub. 24 aprel tarixinin isə köçürülmə ilə ümumiyyətlə əlaqəsi yoxdur. Bu tarix “Daşnaksütyun”, “Hnçak”, “Ramqavar” kimi terrorçu komitə üzvlərinin həbs olunma tarixidir.

Bu köçə 1965 ci ildən bu yana siyasi don geyindirərək bir sıra dünya dövlətləri əsassız olaraq soyrım kimi tanıyır və bu proses bu gün də davam etməkdədir. Bu gün tam əminliklə demək olar ki, “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarları sadəcə Ermənistan və erməni lobbisi deyil, eyni zamanda, regionla bağlı imperialist maraqları olan güclərdir. O güclər ki, vaxtilə Anadoluya və Cənubi Qafqaza dair maraqlarını reallaşdırmaq üçün milli münaqişələrin alovlanmasına və kütləvi köçlərə səbəb olub, erməniləri Osmanlı Türkiyəsinə qarşı təşkilatlanmağa, silahlanmağa, terror və qətliamlar törətməyə təşviq ediblər.

Halbuki planetimizin sakinləri bu soyqırımı tanımış dövlətlərin dünya tarixində vaxtilə törətmiş olduqları cinayətləri heç də unutmamışlar.Yəhudi xalqına qarşı törətdilmiş soyqrım eləcə də Əlcəzair, Ruanda, Liviya və dgər soyqırımlar çoxlarının yadındadır. Azərbaycan xalqı da işğalçı qüvvələrin dəstəyilə ermənilərin xalqımıza qarşı törətdiyi 1918 ci il 31 mart və 1992 ci il 26 fevral Xocalı soyqırımlarını çox yaxşı xatırlayır.

Qarabağ münaqişəsindən keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməməsi, danışıqlar prosesində yeni tələblərin irəli sürülməsi, status-kvonun dəyişdirilməsi mesajını verən vasitəçi dövlətlərin münaqişə tərəflərini sülhə dəvət edərək təcavüzkara hər hansı təzyiq etməməsi sözügedən siyasi maraqların məntiqi nəticəsidir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, qurumun fəaliyyəti bu günə qədər sülh prosesində arzuolunan nəticəni vermir.

İrəvan Azadlıq Təşkilatı bəyan edir ki, qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizə aparmaq və Qarabağ probleminin həlli istiqamətində səy göstərmək istər Türkiyə, istərsə də Azərbaycan üçün prioritet məsələ olmalıdır. Çünki məkrli düşmən hələ də iddialarından geri çəkilmir, beynəlxalq münasibətlər sistemində hüquqi nihilizmin baş alıb getdiyi indiki mərhələdə isə maraqlı qüvvələr bu və ya digər şəkildə erməni şovinistlərinin təcavüzkar planlarına dəstək ifadə edir. Bu baxımdan birgə səylər hesabına dünya ictimaiyyətinin rəyini dəyişmək üçün təbliğat işinin gücləndirilməsi və bununla da tarixi həqiqətin bərpası qaçılmaz zərurətə çevrilir.

Hurriyyet.org