Qohumunun qalmaqallı kitabı mətbuata sızdı! – Tramp universitet imtahanına başqasını göndəribmiş?

27

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri Tramp gələn həftə dərc ediləcək kitabında əmisi Donald Trampın universitetə qəbul imtahanına pul qarşılığında özünün yerinə başqasını göndərdiyini iddia edib. “Həddən artıq, qətiyyən kifayət olmayan: necə oldu ki, ailəm dünyanın ən təhlükəli adamını yaratdı”.

Meri Tram Donald Trampın Kuinsdə litsey şagirdi ikən universitet imtahanına pul qarşılığında başqasını göndərdiyini və bunun sayəsində Pensilvaniya ştatındakı Varton Biznes Məktəbinə daxil olduğunu iddia edib.

Həmçinin, kitabda Donald Trampın bacısı Marianna Tramp Barrinin Trampın prezidentliyə namizədliyi dövründə dediyi sözlər də yazılıb: “O təlxəkdir, ondan qətiyyən prezident çıxmaz”.

Hurriyyet.org