Qobustanda kütləvi zəhərlənmə – Bir ailənin 5 üzvü siçan dərmanı içdi

    6

    Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, Qobustan şəhər sakinləri – Şıxəliyev Elnur Amil oğlu, Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, Şıxəliyev Məhəmməd Elnur oğlu, Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.

    Onlar təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.