Qobustanda kürəkən qayınatasını və qaynını bıçaqladı

132

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəbqədim kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Niyazov Zaur Nuhbala oğlu ailə münaqişəsi zəminində qayınatası, 1955-ci il təvəllüdlü Qəhrəmanov Əhliman Şəkər oğlunu və qayını, 1990-cı il təvəllüdlü Qəhrəmanov Nurlan Əhliman oğlunu bıçaqlayıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən iki uşaq atası Zaur Niyazov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.