QƏNDİL TƏŞVİŞƏ DÜŞDÜ – HƏR AN ƏMƏLİYYAT KEÇİRİLƏ BİLƏR

    3

    Hurriyyet.org xəbər verir ki, İran Qəndildəki yaşayış məntəqələrinin təcili evakuasiyası barədə xəbər yayıb.

    Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda PKK/YPG terror təşkilatına qarşı qətiyyətlə apardığı əməliyyatlar bəhrəsini verməkdədir. İranın təhlükəsizlik qüvvələrinin İraq sərhədində yerləşən və PKK/YPG terror təşkilatının qondarma qərargah kimi istifadə elədiyi Qəndil bölgəsindəki yaşayış məntəqələrinin qısa müddət ərzində evakuasiya edilməsini təbliğ elədiyi xəbəri yayılıb.

    Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı terror təşkilatına məxsus hədəfləri nəzarət altına alması çərçivəsində İraqın şimalındakı Metina, Avaşin-Basyan və Hakurk kimi bir çox bölgə PKK/PYD/YPG terror təşkilatından təmizlənib.

    Şimali İraqda terror təşkilatına qarşı qurudan və havadan aparılan əməliyyatlar nəticəsində ümumilikdə 419 terrorçu zərərsizləşdirilib.

    Qəndildə əməliyyat aparıla bilər

    Türkiyənin strateji ortağı olan İrandan, İran-İraq sərhədindəki Qəndil ilə bağlı gözlənilməz xəbər gəlib. Yerli mənbələrdən əldə edilən məlumata görə, İran təhlükəsizlik qüvvələri PKK/YPG-nin qondarma baş qərargahı hesab edilən Qəndildəki yaşayış məntəqələrinin evakuasiya edilməsini tələb edib. TSQ-nın qanlı terror təşkilatına qarşı apardığı əməliyyatlar nəticəsində Qəndilə yaxınlaşması və İranın ərazini boşaltmaq istəi Qəndildə əməliyyat aparılacağı gümanını qüvvətləndirib.

    İran köçürülmə məsələsi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

    Hurriyyet.org