QƏNDİL TƏLAŞ İÇƏRİSİNDƏ! – PKK BAŞÇILARI QORXUYA DÜŞDÜ

    9

    Hurriyyet.org xəbər verir ki, PKK terror təşkilatının ikinci Qəndili kimi göstərilən bölgəyə daxil olan “Mehmetcik” – türk əsgəri terrorçuları zərərsizləşdirərək ərazidə sabitliyə nail olub.

    TSQ PKK terror təşkilatına qarşı əməliyyatlarına ara verməyib.

    Təşkilatın Suriyada yerləşdiyi kəndləri bir-bir təmizləyən türk əsgəri Şimali İraqda da böyük bir əməliyyata başlayıb.

    Terrorçular təmizlənib

    1996-cı ildə keçirilən sərhəddənkənar əməliyyatdan sonra birinci dəfə Hakurka daxil olan türk əsgəri böyük bir qətiyyətlə terrorçuları tək-tək zərərsizləşdirib.

    İkinci Qəndil

    Hakurk Qəndildən sonra terrorçu təşkilat üçün böyük əhəmiyyətə malik olan məntəqələrdəndir.

    Hurriyyet.org