“Qızım 18 yaşında qazdan boğulub öldü” – 7 il sənətdən uzaq düşən Novruz – VİDEO

    12

    ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı "Savalan" qrupunun bədii rəhbəri, opera və balet teatrının solisti Novruz Novruzlu olub.

    Hurriyyet.org xəbər verir ki, o, sənətindən uzaq qalma səbəbindən danışıb:

    "Böyük qardaşım rəhmətə getdi və biz də onu çox sevərdik. Onu itirəndən sonra mən 7 il sənətdən uzaq düşdüm. Hansı ki, sənətdə bütün qapılar açılan vaxt idi. İnsanın düşdüyü vaxt olur. O ərəfədə mən hər şeydən üz döndərdim. Allah hərəyə bir ssenari yazıb. 3 il bundan qabaq isə qızım qazdan boğuldu. 18 yaşı var idi. Allah bütün övladları saxlasın. Həyat… Allah hərəyə bir imtahan verər. Özü bilən məsləhətdir ".