“Qızım deyir ki, heç kim çölə çıxa bilmir, siz istədiyiniz yerə gedirsiz” (VİDEO)

123
“9 yaşında bir qızım var. Demək olar, son 3 aydır onu yatılı vəziyyətdə görürəm. Keçən həftə məni görmək üçün səhər tezdən oyanıb. Deyir, ata, mən böyüyəndə sənin kimi həkim olacam. Deyirəm, qızım, niyə həkim olmaq istəyirsən? Deyir, çünki heç kim çölə çıxa bilməyəndə, həkimlər istədikləri yerə gedə bilirlər”.
 
Bu sözləri koronavirusla mübarizədə iştirak edən həkim Fərrux Sədirov deyib.
O daha sonra əlavə edib: “Mən burdan bütün uşaqlara demək istəyirəm ki, bu vəziyyət belə davam etməyəcək. Hələ siz böyüyəndə hər şey çox yaxşı olacaq. Əziz bacı və qardaşlarım, biz sizin keşiyinizdəyik. Fərqi yoxdur, polis, həkim, siravi vətəndaş, bu günlərdə bir nöqtəyə vurmalıyıq. Bu çətin günlər geridə qalacaq. Birlikdə bacaracağıq. Çünki biz birlikdə güclüyük”. \\Qaynarinfo