“Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan şəxs tutulub (VİDEO)

216

Müvafiq icazələri olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, həyata keçirilən sonuncu tədbir zamanı Lənkəran şəhərində “Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan Lənkəran şəhər sakini Vüsal Səfərov tutulub. Baxış zamanı ona məxsus balıqovlama alətləri, qanunsuz olaraq tutduğu 70-ə yaxın balıq aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxsin balıqovlama biletinin olmadığı və qoruq ərazisində balıqları elektrik alətlərindən istifadə edərək ovladığı məlum olub.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı İmişli rayonunda qanunsuz balıq ovu ilə məşğul olan Rafət Cəfərov saxlanılıb. Baxış zamanı onun adı “Qırmızı” kitaba düşən ovlanması qəti qadağan edilən nəsli kəsilmək üzrə olan Poru balıqlarını tutduğu məlum olub.