Qışdan salamat çıxmaq üçün 1 manatlıq çay – Hər dərdə dərmandır

69

Cökə ağacı, xüsisən çiçəkləri hər dərdin dərmanı hesab olunur. Cökə çiçəklərini (rus dilində “lipa” adlanır) aptekdən, müalicəvi bitkilər satılan yerlərdən əldə edə bilərsiniz.

Hurriyyet.org medicina.az-a istinadla tərkibi faydalı maddələrlə, xüsusən təbii salisilllə zəngin cökə çiçəyinin sağlamlığınıza faydalarını təqdim edir:

– Şişkinlik, ödem, qaşınmanı aradan qaldırır

– Orqanizmdə iltihabi ocaqları söndürür

– Tərqovucu, qızdırmasalıcı

– Tərkibində çox miqdar vitamin C, kalsium, maqnezium olduğundan immuniteti möhkəmləndirir

– Öskürəyi yumşaldır, bəlğəmgətiricidir

– Həzmi yaxşılaşdırır

– Sinir sistemini sakitləşdirir

– Qanda şəkəri salır

– Sidik yolları və sidik kisəsi iltihabının müalicəsində kömək edir

– Arıqladır, maddələr mübadiləsini aktivləşdirir

– Ağrı və spazmları azaldır

– Bu bitkini “qadın çiçəyi” də adlandırırlar, çünki bu çiçəklərdə fitohormonlar vardır ki, təsirinə görə qadın hormonlarına bənzəyr. Ona görə menstrual dövrünl pozuntuları, hormonal disbalans, klimaks problemlərində cökə çiçəyi dəmləməsi kömək edə bilər.

– Dərini cavanlaşdırır

– Cökə çiçəyi qanın axınını yaxşılaşdırır, ürək, damar, ağciyərləri aktivləşdirir

– Ağızda stomatit, parodontoz, iltihab zamanı qarqara üçün istifadə olunur.

Cökə çiçəklərindən şərab, mürəbbə, dəmləmə hazırlanır.

Cökə çiçəklərini alıb, termosda çay kimi dəmləyərək içmək, üzərinə su alıb sonra süzərək cövhərini hazırlamaq və ya spirtdə hazırlayıb dəriyə çəkmək olar.