Qırmızı vərəqəyə görə cəzalandırıldı – 45 min dollar, 10 aylıq həbs və karyeranın sonu

    12

    Cənubi Koreya Futbol Federasiyası "Asan” klubunun formasını geyinən Janq Hak-Yonqa ömürlük futboldan uzaqlaşdırma cəzası verib.

    Hurriyyet.org komanda.az-a istinadən xəbər verir ki, Cənubi Koreya millisinin futbolçusu danışılmış oyunlarda iştirak etdiyi üçün cəzalandırılıb. Belə ki, K Liqada "Busan”a qarşı keçirdikləri oyunun ilk 20 dəqiqəsində qırmızı vərəqə alması üçün 45 min dollarlıq rüşvət təklifini qəbul etdiyini etiraf edən futbolçuya 10 ay həbs və ömürlük futboldan uzaqlaşdırma cəzası verilib.

    2011-ci ildən bəri K Liqada 50-dən çox futbolçu danışılmış oyunlarda iştirakını etiraf edərək, cəza alıb.