QIRMIZI HƏYƏCAN! HAVADA ÇİN TƏHLÜKƏSİ – İLDƏ 320 MİN DOLLARA VAKANSİYA

    9

    Huriyyet.org xəbər verir ki, Çinin astronomik maaşlı pilot transferləri hava məkanında balansı dəyişdirir.

    Çinin 320 min dollara pilot transfer eləməsi dünya birjasında da balansı alt-üst edib. Astronomik maaşlarda Köfrəz ölkələrini belə keçən Çin pilot çatışmazlığına səbəb olub. Bu vəziyyət türk şirkətlərinə də mənfi təsir göstərib.

    Çin Xalq Respublikası hava sektorunda çox sürətlə irəliləyir. Qarşıdakı 20 ildə Çinin hava yolu şirkətləri müxtəlif kateqoriyalarda 7 mindən artıq təyyarə satın alacaqdır. Dünya miqyasındakı yeni təyyarə tələblərinin 20 faizi Çindən gəlir. Bu da Çin hava yolları şirkətlərinin qarşıdakı 20 ildə 110 min yeni pilota ehtiyac duyacağı deməkdir.

    Çin ölkə daxilində və ölkə xaricində ildə 4700 pilota təlim verir. Ancaq bu say da yetərsizdir. Xüsusilə də kapitan ehtiyacını təmin edə bilməyən Çinli şirkətlər də çarəni xaricdən pilot almaqda görürlər. Çinin hava yolları şirkətləri havanın çirkliliyi və uzaqlıq səbəbindən burada işləmək istəməyən pilotlara son illərdə astronomik maaşlar verərək ölkəsinə transfer eləməyə başlayıb. Bəzi şirkətlər ildə vergisiz 320 min dollar maaş verərək əcnəbi pilotları öz ölkəsinə çəkir. Çinin bu cür yüksək maaşlar verməsi “Emirats” kimi böyük şirkətlərdə pilot çatışmazlığına səbəb olub. “Emirats” 10 ədədi “Aeorobus 380” olmaqla, 46 təyyarəsini pilot çatışmazlığı və mövsümi tələbin tələbin yetərsiz olması səbəbindən yerə endirdi.

    Hazırda Türkiyə də əcnəbi pilot almaqla bağlı daima elanlar versə də, bu sahədə çətinliklə üzləşir. Türkiyədə 2016-cı ildə 1138 əncəbi pilot olduğu halda, hazırda bu rəqəm 732 nəfərə bərabərdir. Bu şərtlərlə gələcəkdə türk şirkətlərinin əcnəbi pilot tapmaqda çox çətinlik çəkəcəyi bildirilir.

    Huriyyet.org