Qırğızıstanın yeni prezidenti: “Türkiyə ilə münasibətlərimiz güclənməlidir”

207

Hurriyyet.org xəbər verir ki, Qırğızıstanda prezident seçkilərinin qalibi olan Sadır Caparov keçirdiyi mətbuat konfransında jurnalistlərin Türkiyə ilə bağlı sualının cavabında deyib: “Türkiyə ilə münasibətlərimizi indiki ilə müqayisədə daha da gücləndirməyə və yuxarı səviyyəyə qaldırmağa çalışacağıq”.

Carapov son 30 il ərzində korrupsiyanın hər sahədə şaxələndiyini, buna qarşı mübarizədə hamının əlbir olmasının lazım gəldiyini söyləyib: “Keçmiş iqtidarların səhvlərini təkrar eləməyəcəyik. Siyasi təzyiqlərdən uzaq olacağıq. Qanunun aliliyini pozanlara göz yummayacağıq. Siyasi sabitliyin təmin ediləcəyu təqdirdə, 3-4 il içərisində Qırğızıstanı iqtisadi böhrandan çıxara bilərik”.