Qida Təhlükəsizliyi Agentliyi iaşə obyeklərində monitorinq keçirib

    6

    Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərindəki monitorinqləri çərçivəsində 24-25 may tarixlərində bir sıra ictimai iaşə obyektlərində monitorinqlər həyata keçirib.

    Agentlikdən Hurriyyet.org-a verilən məlumata görə, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən monitorinqlərdə Agentlik əməkdaşları “Azərbaycan Supermarket”, “Azərbaycan Restaurants” və "Mari Vanna Operating Company" MMC-lərin fəaliyyəti ilə yaxından tanış olub.

    Qida təhlükəsizliyi sahəsində mühüm əhəmiyyət daşıyan ictimai iaşə obyektlərinin qarşısında qoyulan tələblər haqqında sahibkarlıq subyektlərinə geniş məlumatlar verilib. Qida zəncirinin bütün mərhələlərində istehlakçı hüquqlarının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğu vurğulanıb.

    Monitorinq zamanı ictimai iaşə müəssisələrinin əməkdaşlarına məlumatverici təlimatlar təqdim olunub

    Altunay, Hurriyyet.org