QHT rəhbəri Kəmalə Ağazadənin cinayət işi məhkəmə baxışına verilib

    6

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin dələduzluqda və rüşvətə təhrik etməkdə təqsirləndirilən sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

    Hurriyyet.org xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi məsələsi müzakirə olunub.

    Məhkəmənin qərarı ilə məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib.

    Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

    Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib./apa/