Qəzzada toqquşmalar nəticəsində 2 fələstinli ölüb, 514-ü xəsarət alıb

    12

    Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb.

    Bunu Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

    “Bu gün Qəzzanın şərq sərhədində toqquşmalar nəticəsində 2 nəfər ölüb, daha 514 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, deyə Əşrəf əl-Kidra qeyd edib.

    İsrail tərəfinin hesablamalarına görə, bugünkü aksiyada 10-dək etirazçı iştirak edib. \\metbuat.az

    Hurriyyet.org