Gəncə-Qazax zonasında aparılan arxeoloji qazıntılar zamanı qızıl və bürünc zinət əşyaları aşkar edilib.
Tapılan əşyalar son tunc dövrünün Xocalı-Gədəbəy mədəniyyətinə məxsusdur.
Arxeoloqların sözlərinə əsasən, əşyalar təbiət hadisələri və antropogen faktorlar səbəbindən dağılıb.
Nekropolda aşkar edilən zinət əşyaları eramızdan əvvəl 3000-2700-cü illərə məxsusdur. Məhz bu dövrdə Qafqazda erkən dövlətlər yaranmağa başlayıb.
Arxeoloqlar bildirirlər ki, qazıntılar zamanı tapılan əşyalar cəmiyyətin yüksək təbəqəsindən olan şəxsə məxsusdur. \\ednews.net
Hurriyyet.org