Qəbiristanlıqdan oğurluq edən şəxslər tutuldu

    21

    İyunun 28-nə keçən gecə Sabunçu qəsəbəsi ərazisindəki qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarının oğurlanması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

    Hurriyyet.org-un DİN-in saytına istinadən verdiyi məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev olduqları müəyyən edilib.