QDİƏT-də sədrlik Azərbaycana keçib

    18

    Ermənistanın paytaxtı Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik Azərbaycana keçib.

    Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, sədrlik bu gün Yerevanda baş tutan QDİƏT Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında Ermənistandan Azərbaycana keçib.

    Azərbaycan bu təşkilata 2018-ci ilin iyulundan dekabr ayına qədər sədrlik edəcək.

    Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

    Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlətdən daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.