Qazaxıstanın Nur-Sultan şəhərində Gəncə terrorunun qurbanları anıldı – FOTOLAR

54

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan  Gəncəyə raket zərbəsi nəticəsində həlak olanları anmaq üçün xatirə gəşəsi yardılıb.  Xatirə guşəsi Azərbaycanın Qazaxıstandakı səfirliyinin qarşısına yerləşdirilib.

Hurriyyet.org-un əməkdaşı xəbər verir ki, Nur-Sultan sakinləri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirərək terrora, erməni vandalizminə son qoyulmasını tələb edirlər.

Anım guşəsində Ermənistan ordusunun 17 oktyabrda ikinci dəfə raket hücumu etdiyi Gəncədə dinc əhalinin öldürülməsini əks etdirən məlumatlar, “Erməni təcavüzünə son”, “Gəncə üçün dua et”, “Mülki şəxslərə hücumlara son” kimi şüarlar, həyatını itirən uşaqların fotoları yerləşdirilib. Uşaqların öldürülməsini pisləmək məqsədilə Azərbaycanın Qazaxıstandakı səfirliyinin önünə yerli xalqların nümayəndələri və burada yaşayan soydaşlarımız toplaşıblar.

Ziyarətçilər səfirliyin önünə əklillər və gül-çiçək dəstələri qoyublar. İnsanlar eyni zamanda həlak olan uşaq şəkillrini səfirliyin hasarına asıblar.

Qeyd edək ki, Qazaxıstanda 300 minədək siydaşımız yaşayır.

YƏHYA