QAZAXISTANDAN NEFT HƏMLƏSİ

    9

    Hurriyyet.org xəbər verir ki, Qazaxıstanın enerji naziri Kanat Bozumbayev, neft istehsalı həcminin getdikcə artaraq 2025-ci ilə qədər ildə 104 milyon ton səviyyəsinə çatacağını bildirib.

    Bozumbayev parlamentdəki çıxışında böyük neft layihələrinin qısa müddət ərzində ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacağını bildirib: “Ötən il Kaşaganın istehsala başlaması ilə ölkədə neft istehsalı 78 milyon tondan 86,2 milyon tona yüksəldi. Neft istehsalı hər il artaraq, 2025-ci ilə qədər ildə 104 milyon ton səviyyəsinə çatacaq”.

    Bozumbayev bu ilin yanvar-aprel aylarında 30 milyon ton neft istehal edildiyini və bu miqdarın ötən ilin eyni dövrünə nisbətən 6 faiz çox olduğunu, bu ilin sonuna qədər illik istehsalı 87 milyon tona çatdırmaq niyyətində olduqlarını bildirib.

    Hurriyyet.org