Qazaxıstanda silah anbarı partladı – YARALILAR VAR

    30

    Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib.

    TASS xəbər verir ki, insident anbardakı silah-sursatları təmizləyən zaman meydana gəlib.

    Hadisə zamanı dörd nəfər yaralanıb.

    Yaralılar Almatıdakı hərbi klinik xəstəxanaya çatdırılıblar.

    Hadisə ilə əlaqədar hərbi polis yoxlama aparır./oxu.az/