Qazaxıstanda poliqonda partlayış – Yaralananlar var

    3

    Qazaxıstanda hərbi təlim meydanında partlayış olub.

    Bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd edilir ki, qumbaranın partlaması nəticəsində 2 hərbi qulluqçu yaralanıb. Nazirliyin məlumatına görə, hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

    "Ərazidə hərbi hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət operativ istintaq qrupu işləyir. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. İlkin versiyaya görə, hərbi qulluqçular təhlükəsizlik qaydalarını pozmaları nəticəsində xəsarət alıblar", – deyə nazirlikdən bildirilib. \\Report